Şənbə, 04 May

"NATO qoşunlarının Əfqanıstanda qalması mümkün deyildi" - Stoltenberq

image

"ABŞ-ın NATO müttəfiqləri Amerika qoşunlarının çıxmasından sonra Əfqanıstanda hərbi əməliyyatı davam etdirə bilməzdilər".

Xəbər verilir ki, bunu Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq “The New York Times” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Co Bayden aprel ayında Əfqanıstandan qoşunların çıxarılması ilə bağlı NATO tərəfdaşları ilə məsləhətləşmələr aparıb və bu qərarla bütün müttəfiqlər razılaşıb.

"ABŞ-sız digər müttəfiqlərin hərbi kampaniyanı davam etdirməsi çətin olardı", - Alyans rəhbəri etiraf edib.

O deyib ki, bu, qeyri-real variantdır: “Ölkələrin hərbi kontingentlərinin Əfqanıstanda qalması hərbi xərclərinin artmasına səbəb olacaqdı. ABŞ -ın maraqlarını qorumaq üçün başladılan kampaniya çərçivəsində Avropa müttəfiqlərinin parlamentlərə əlavə vəsait ayırmasına və Əfqanıstanda hərbi kontingentin artırmasına nail olmaları son dərəcə çətin olardı".

"Hamımız bunun çətin bir qərar olduğunu, çətin bir seçimlə üzləşdiyimizi başa düşdük – “Taliban” hərəkatının hakimiyyətə qayıtması riski ilə ölkəni tərk etmək, yaxud qalmaqla yeni döyüşlərə və itkilərə səbəb olmaq”, - Stoltenberq vurğulayıb.

Onun sözlərinə görə, bütün NATO ölkələri Kabildə hökumətin süqutunun və taliblərin hakimiyyətə qayıtmasının qaçılmaz olduğunu bilirdilər. Amerika qoşunlarının geri çəkilməsinin Əfqanıstan hökumətinin süqutuna səbəb olub -olmadığı barədə suala ittifaq rəhbəri bunun əsasən ölkənin siyasi və hərbi rəhbərliyinin süqutu" ilə bağlı olduğunu söyləyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15